BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43389

Ötən günlərdə xəbər yayıldı ki, Apple şirkəti öz elektromobil layihəsini tamamilə ləğv edib. İndi isə The New York Times bu mövzu ilə bağlı yeni təfərrüatları təqdim edib. Məlum olub ki, Apple bu mövzuda hazır biznesi almağı nəzərdən keçirirmiş. Belə ki, şirkət Tesla-nın alınması mövzusunda Elon Musk ilə danışıqlar aparıb. 

Məlumatda qeyd edilib ki, Apple şirkətinin bəzi əməkdaşları bu layihənin ləğv edilməsinə seviniblər. Belə ki, onlar Apple elektromobilinin uğursuz olma ehtimalının yüksək olduğunu düşünürlər. The New York Times-ın təqdim etmiş olduğu məlumatlarda qeyd edilib ki, Apple öz elektromobili üzərində ilk Apple Watch modelinin hazırlanma mərhələsinin yekunlaşmasından sonra çalışmağa başlayıb.

Yəni söhbət, 2014-cü ildən gedir. Həmin illərdə Apple Tesla ilə rəqabət aparmağa və avtomobil sahəsinin müəyyən hissəsini əldə etməyə hədəflənmişdi. Ən maraqlısı isə ondadır ki, Apple rəhbərliyinin Tesla-nın alınması mövzusunda Elon Musk ilə danışıqlar aparmış olduğu iddia edilir. Lakin daha sonra rəhbərlik belə bir qənaətə gəldi ki, fərdi elektromobilin hazırlanması daha perspektivli olacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Tesla Model 3 elektromobilinin hazırlanma prosesində çətinliklər yarandığı zaman Musk-ın özü Apple CEO-su Tim Cook-a Tesla-nın satılması təklifini göndərmişdi.

Musk-ın sözlərinə əsasən həmin vaxtda Cook bu cür təklifdən imtina etdi. Həmin xəbərdən yarım il sonra The Wall Street Journal qeyd etmişdi ki, Tim Cook müəyyən müddətdən sonra Musk-a Tesla-nın əldə edilməsi təklifini edib. Məlumatda qeyd edilmişdi ki, Musk təklifdə maraqlı olsa da onun bir şərti var idi. Belə ki, Musk Apple şirkətinin CEO-su olmalı idi. The New York Times-ın məlumatlarında qeyd edilmiş ən maraqlı fakt isə ondan ibarətdir ki, Apple öz elektromobil layihəsinə ümumilikdə 10 milyard dollar vəsait sərf edib.

© technote.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin