BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
42528

Son dərəcə nadir “Koenigsegg Agera RSR” hiperkarı martın doqquzunda Dubayda keçiriləcək “RM Sotheby's” tədbirində hərraca çıxarılır.

Bu avtomobil üç nüsxədə sırf Yaponiya bazarı üçün hazırlanıb, lakin indi hər kəs tərəfindən satın alına bilər.

Lotun gözlənilən qiyməti 2,8-3,4 milyon dollardır.

Avtomobilin kapotunun altında 1160 at gücü hasil edən 5 litrlik V8 mühərriki var. O, 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 450 km/saat sürət həddinə çatmağa qadirdir.

Dubay hərracında daha bir diqqət çəkən lot 2023-cü ilin “Aston Martin Valkyrie” hiperkarı olacaq. Bu avtomobil “Red Bull Advanced Technologies” və məşhur mühəndis Adrian Nyuveyin iştirakı ilə hazırlanıb.

Lotun gözlənilən qiyməti 2,9-3,3 milyon dollardır.

Həmçinin, iddiaçılara iki “Lamborghini” də təklif olunacaq. Mütəxəssislər 2009-cu il “Murciélago LP640-4 Roadster”i 250-300 min dollar dəyərində qiymətləndirirlər, lakin mövcud iyirmi avtomobildən biri olan 2017-ci il “Centenario LP770-4 Coupe”nin 2-2,5 milyon dollara satılacağı gözlənilir.

Bundan əlavə, hərraca üç “Ferrari” çıxarılır. “812 Competizione”nin 1,1-1,3 milyon dollara, “360 Challenge Stradale”nin 200-250 min dollara, mexaniki transmissiyalı 1997-ci il “F355 Spider”in isə 140-160 min dollara satılacağı planlaşdırılır.

Bununla yanaşı, “A 675LT Spider”, BMW Z8 və iki “Porsche 911 Carrera” da lotlarının siyahısındadır.//Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin