BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
43875

Gəlirlərimizi idarə edərkən diqqət etməli olduğumuz məsələlər hansılardır? Bu gəlirləri artırmaq üçün hansı metodlardan istifadə edə bilərik? Valyuta.az bu suallara lazımi cavabları axtarıb tapdı.

 “Pul yığma” üsulları və ev iqtisadiyyatı

Əgər siz sadəcə olaraq fərdi investisiyaya addım atırsınızsa və ya bu mövzuda daha uğurlu olmaq istəyirsinizsə, bu məsləhətlər sizin üçün çox faydalı ola bilər. Əlinizdə olan məbləğin böyük və ya kiçik olmasından asılı olmayaraq, büdcənizin müəyyən bir plana uyğun şəkildə idarə olunması və bu plana nə dərəcədə sadiq qaldığınızı yoxlamaq, yeni başlayanlarınız üçün ən vacib məsləhətlərdən biridir.

Çünki şəxsi büdcənin idarə edilməsinin ən çətin tərəfi odur ki, biz çox vaxt öz pul xərcləmə vərdişlərimizdən xəbərsiz oluruq və geriyə boylanıb onları araşdırmaq imkanımız olmur.

Gəlirlərimizi idarə edərkən tez-tez yol verdiyimiz səhvləri bu cür qruplaşdıra bilərik:
• Özümüzdən asılı olmadan lazım olduğundan daha çox pul xərcləmək;
• Borcun üzərinə borc əlavə etmək;
• Pul yığa bilməmək;
• İnvestisiya və s. kimi maliyyə qərarlarımızı həyata keçirə bilməmək;
• “Büdcə planlaması” qura bilməmək.

Bu səhvlərimizin kökündə adətən şəxsi vərdişlərimiz dayanır. Məsələn, biz alış-verişə çox pul xərcləməyi sevirik, lakin bu vərdişimizi tənzimləyə biləcək bir planlama etmirik. Qənaət edə biləcək sahələrə diqqət etməyib, təcili bir ehtiyacımız yaranan zaman isə borcumuzun olmasına baxmayaraq təkrar borc almaqdan da çəkinmirik.

Bəs büdcə necə təşkil olunmalıdır?

Bildiyiniz kimi hər ay sahib olduğumuz gəlir və xərclərimizin məcmuusu büdcə adlanır. “Büdcə planlaması” isə əslində düşündüyümüz qədər də çətin deyil. Sadəcə gəlir və xərclərimiz mövzusunda özümüzə qarşı dürüst olmağımız kifayət edir. Hazırladığınız büdcə planınıza sadiq qalmaq ilk başlarda cansıxıcı olsa da, zamanla əldə edə biləcəyiniz qazanc sizin üçün gözəl bir motivasiya rolunu oynayacaqdır.

“Büdcə planlaması”na ilk növbədə, bir tərəfində gəlirlərinizi digər tərəfində isə xərclərinizi yaza biləcəyiniz bir cədvəl qurmaqla başlaya bilərsiniz. 

Məsələn, aylıq maaşınızı, varsa əlavə gəlirlərinizi bir tərəfə; ümumi xərclərinizi isə (kirayə, nəqliyyat və kommunal xərclərinizi, borclarınızı, fərdi ehtiyaclarınız üçün lazım olacaq xərcləri və s.) digər bir tərəfə yaza bilərsiniz.  

• Sosial həyatınız, ərzaq xərcləriniz, nəqliyyat, kommunal və geyim və s. üçün aylıq büdcə təyin edin;
• Əgər borcunuz varsa, aylıq gəlir və xərclərinizi nəzərə alaraq borcunuzu yenidən strukturlaşdırın;
• Əgər borcunuz yoxdursa, gəlirinizi artırmaq üçün aylıq qazancınızın 10%-ni toplamağa çalışın;
• Büdcə planlaması etdiyin ilk ayının sonunda yenidən gəlir və xərclərinizin təhlilini aparın. Bu, daha real konfiqurasiyaya imkan verir. Hər üç aydan bir və ya gəlir və xərclərdə dəyişikliklərlə qarşılaşdığınız zaman planınızı nəzərdən keçirin;
• Qarşınıza mütləq bir hədəf qoyun. İlkin mərhələdə bu hədəflərin çox böyük olması o qədər də önəmli deyil. Məsələn, almaq istədiyiniz hər hansı bir əşya üçün sizə lazım olacaq məbləği özünüz üçün bir hədəf halına gətirin.

Bir dəfə bu cür “büdcə planlaması” etdikdən sonra çiyninizdəki maliyyə yükü və bu yükün verdiyi stressin azaldığınıza şahid olacaqsınız. Ay sonu yaxınlaşarkən naratlıq keçirməyinizə ehtiyac qalmaz, həyatınızı isə daha rahat və stressiz bir şəkildə yaşaya bilmə fürsəti əldə edə biləcəksiniz. Kiçik bir planlama etməklə iqtisadi azadlığınızı yenidən əldə edə və xərclərinizin əsiri olmaqdan azaq ola bilərsiniz.


Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin