BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40818

Ötən ilin sonlarında şəxsi avtomobillərlə işğaldan azad olunan ərazilərə səfərlərə icazə verilib. Ümumiyyətlə, bundan öncə də, ictimai nəqliyyatla “Qarabağ Zəfər Marşrutları” konsepsiyası ilə “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə”, “Yolumuz Şuşaya” adlı səfərlər təşkil olunub və maraqla qarşılanıb. 2023-cü il dekabr ayının sonundan isə bu siyahıya Suqovuşan da əlavə edilib. Hazırda insanları maraqlandıran əsas məqam Xankəndi və Laçına turların təşkilidir. Maraqlıdır, “Yolumuz Laçına”, “Yolumuz Xankəndiyə” nə vaxt reallaşacaq? Elə bir tur təşkil edilə bilərmi ki, o tura Şuşa, Laçın, Xankəndi daxil edilsin?

Bu il Xankəndiyə tur olacaq?

Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bu ildən Xankəndi və Laçına səfərlər təşkil olunacaq: “Mərhələli şəkildə işğaldan azad olunmuş bütün yaşayış məntəqələrində məskunlaşma həyata keçiriləcək, səfərlər təşkil olunacaq. Laçında artıq məskunlaşma başlayıb. Xankəndidə isə 2024-cü ildə qayıdışa start verilməsi nəzərdə tutulub. Bu il xüsusilə də antiterror tədbirləri nəticəsində işğaldan azad olunan ərazilərə həm insanlarımızın qayıtmasını, həm də turların təşkil olunmasını müşahidə edəcəyik”.

Millət vəkili vurğulayıb ki, Qarabağın, eləcə də Şərqi Zəngəzurun böyük turizm potensialı var: “Məqsəd həmin potensialdan daha geniş istifadə etməkdir. Bu gün bu potensialdan tam şəkildə yararlana bilməməyimizin səbəbi müəyyən ərazilərdə minaların olması və bəzi yerlərin işğalçılar tərəfindən tamamilə dağıdılmasıdır. Minadan təmizlənmə prosesi davam etdikcə, daha çox məskunlaşmalar, turlar müşahidə edilir. Sözsüz ki, buna uyğun olaraq infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsi də vacibdir. Qiymətləndirmələr göstərir ki, Qarabağ həm daxili, həm də gəlmə turizmə xüsusi töhfə verə biləcək bölgəmizdir. Yay, qış, tarixi, mədəni, sağlamlıq turizmi imkanları kifayət qədər genişdir. Yenidən qurulan və bərpa edilən Qarabağ həm də Azərbaycanda turizmin inkişafında lokomotivə çevriləcək”.

Qarabağa təşkil olunan turlara böyük axın var

Turizm şirkəti rəhbəri Tərlan Quliyev deyir ki, ikinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz torpaqlarda yeni turizm infrastrukturlarının yaradılması, Şuşa, Ağdam, Suqovuşan kimi istiqamətlərdə real turların həyata keçirilməsi insanların böyük marağına səbəb olub: “Pandemiya dönəmində daxili turizmin inkişafında böyük sıçrayış oldu. Xüsusilə, Azərbaycanın turizm bölgələrinə təşkil olunan marşrutlarla yanaşı, Qarabağ bölgəsinə olan səfərlərə tələbat çoxdur. Həm şəxsi avtomobillər, həm ictimai nəqliyyatla təşkil olunan turlara böyük axın var. Füzuli hava limanının tikilməsi, düşünürəm ki, növbəti hava limanının Xankəndidə fəaliyyət göstərməsi xarici turistlərin də gəlməsinə təkan verəcək. Lakin bunun üçün zaman lazımdır. Biz hazırda Qarabağa səfərlər zamanı müəyyən edilmiş marşrutlar üzrə hərəkət edirik. Bildiyimiz kimi, orada hələ kifayət qədər minadan təmizlənməyən ərazilər, təhlükələr, tələlər var. Ona görə də zamanla təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdıqca, istədiyimiz kimi səfərlər təşkil edə biləcəyik. Dövlət Turizm Agentliyinin də bununla bağlı planları var”.

Laçın və Xankəndiyə səfər etmək istəyənlər çoxdur

Tur rəhbəri deyir ki, hazırda Laçın və Xankəndinə səfər etmək istəyən insanlar çoxdur: “Orada bir çox turizm iaşə obyektlərinin qurulması, infrastrukturun yaradılması ilə bağlı suallar gəlir. Qarabağ bölgəsi dağlıq zonadır və qış turizmi üçün əlverişli imkanları var. Hazırda qış turizmi mövsümü olduğu üçün bu istiqamətlərə səfər etmək insanların marağındadır. Yeni istiqamətlərin açılması, orada da qış turizm kompleksinin yaradılmasına biz də ümid edirik, bu da zaman məsələsidir”. 

Dünya səviyyəsində turizm destinasiyası

Turizm mütəxəssisi vurğulayır ki, Qarabağda dağ, xizək, haykinq, sağlamlıq turizmini inkişaf etdirmək mümkündür: “Bilirsiniz ki, bu bölgə mineral sularla zəngindir. Qarabağ öz təbiətinə, tarixinə görə dünya səviyyəsində turizm destinasiyasına çevrilə bilər. Çünki Qarabağ problemi 30 ildir dünya ictimaiyyətinin gözünün önündə idi. Bu gün Azərbaycan dövlətinin yaratdığı infrastruktur, oranın gözəlləşməsi, insanlara yaxşı həyat şəraitinin yaradılması, digər tərəfdən də turizm destinasiyasına çevrilməsi ölkəmizin dünya turizm bazarında mövqeyini gücləndirəcək, oraya daha çox turistin axın etməsinə gətirib çıxaracaq. Bu, bir növ tarixi turizmi xatırladır. İnsanlar maraqlı keçmişi olan regionlara səyahət etməyi sevirlər. Biz o kütləni cəlb edə bilərik”.

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə göndərdiyimiz sorğuya “Hələ bu barədə məlumat yoxdur, məlumat olanda ictimaiyyətə açıqlanacaq”, - deyə cavab verildi.

Kaspi qəzeti - Aygün Əziz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin