BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
38566

Hazırda Azərbaycanda banklar arasında debet kartları ilə bağlı rəqabət daha da genişlənib. Hazırda hətta bir neçə banklarda debet kartları pulsuz verilir. Debet kartlar edilən alış-verişdən keşbək qazanmağınıza imkan verir. 

Valyuta.az Azərbaycan banklarının “cashback” (keşbək) verən kartlarını və faizlərini araşdırıb.

“Access Bank”

“Access Bank”ın “myCard Standard”, “myCard Premium” debet kartları var. Belə ki, bankın “keşbək” üzrə kateqoriya ayda 1 dəfə seçilir və növbəti ayda dəyişdirilə bilər. Seçilən kateqoriyada müştəri digər nağdsız alış-veriş əməliyyatlar üzrə də “keşbək” alır (0,5%). Əməliyyatlar üzrə “keşbək” yalnız əməliyyat üzrə plan müştəri tərəfindən icra edildikdə növbəti ayın 5-i ödənilir. Seçilən kateqoriya üzrə planın icrası və qazanılan “keşbek” “myAccess” mobil tətbiqində izlənilə bilər. Partnyor mağazalarda 30%-dək, digər mağazalarda 7%-ə qədərdir. 
Marketlərdə, apteklərdə, zoomağazalarda 3%-ə qədər, geyim və aksessuar mağazalarında 7%, yanacaqdoldurma məntəqələri, ehtiyat hissələri, avtoservis mərkəzlərində 3%, aviaşirkətlər, dəmiryolları, avtomobil kirayəsi, hotellərdə 7%, kafedə, restoranda, barda, kinoteatrda 5%, mebel, çamaşırxana, kimyəvi təmizləmə, məişət ləvazimatlarında 7% “keşbək”lər təşkil edir. 

Azərbaycan Beynəlxalq Bankı  (ABB)

Bankın “Tam Digicard”, “TamGənc VİSA Debet”, “TamKart VİSA Classic Debet”, “ABB Miles VİSA”, “Acercell Co-Brand”, “VİSA Pay Wave” kartları var. Partnyor mağazalarda 20%, digər mağazalarda 2% “keşbək” verir. 

“Tam DigiCard” ilə “ABB mobile”da faydalı “keşbək” paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan yüksək “keşbək” qazanmaq mümkündür. Faydalı “keşbek” üçün aylıq limit 100 AZN-dir. Toplanan  faydalı “keşbək”lər anında “ABB mobile”da “keşbək” balansınıza köçürüləcək. Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur. Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.

Bank of Baku 

“Bank of Baku”nun 3 növ – “Bolkart debet”, “Bolkart Gold debet”, “Bank of Baku” debet kartı var.

Bankın “keşbək” faizləri partnyorlarda 15%, digər yerlərdə 3%-dir. 

“Bolkart debet” kartı pulsuz verilir, istifadə müddəti 36 aydır. “Bolkart debet” kart istifadəçiləri kart hesablarında olan və 100 AZN-dən az olmayan qalığa illik 7%-dək faiz dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir.

Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% “keşbək” əldə edə bilərsiniz. “ATM Cash”, “POS Cash”, “Card to Card”, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, “Quasi Cash” (pul kisələri ilə bağlı xidmətlər), kuryer və karqo xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər, dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır.

“Bolkart Gold debet” kartın satış qiyməti 50 manatdır, istifadə müddəti 36 aydır. Kartın növü: MasterCard Gold/Visa Golddur. Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% “keşbək” əldə edə bilərsiniz. “ATM Cash”, “POS Cash”, “Card to Card”, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər), kuryer və karqo xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər, dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır. “DOSTBANK” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə “keşbek” hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN “keşbek” qazana bilər. 0.01 AZN-dən az olan “keşbek” məbləğləri nəzərə alınmır.

“Bank of Baku debet” kartının qiyməti emissiya və 1 illik xidmət - 8 AZN-dir. Emissiya və 2 illik xidmət - 14 AZN, emissiya və 3 illik xidmət - 20 manat təşkil edir. Hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 1 illik “Visa Classic” kartını pulsuz əldə etmək mümkündür.

Azər-Türk Bank 

Bankın “Atb card” və “Atb card premium” debet kartları var. Müştəri yanacaqdoldurma məntəqələrində, onlayn alış-veriş zamanı, elektronika və geyim mağazalarında, kafe, restoranlar, eləcə də təhsil və tibb xidmətləri üzrə ödənişləri kart vasitəsilə edərkən 3%-dək, partnyor şəbəkəsində isə 30%-dək “keşbək” əldə edir. Digər “keşbək” proqramlarından fərqli olaraq, “atb keşbək” hər növbəti ayın 5-də müştərinin hesabına xallar və ya virtual bonuslar şəklində deyil, real pul vəsaiti kimi qaytarılır. Bununla bağlı müştəri SMS bildiriş alır.

Hazırda “atb keşbək” proqramında 200-dən artıq brend iştirak edir və Azərbaycanın 230 alış-veriş nöqtəsindən müştərinin hesabına əlavə “keşbək” geri qaytarılır.

Bank Respublika

“NeoKart Standard”, “NeoKart Premium”

Bank hər yerdə 2%, partnyorlarda isə 55% qədər “keşbək” verir. Kartdakı vəsaitin nağdlaşdırılması pulsuzdur. Ay ərzində ölkədaxili istənilən banka məxsus bankomatda 5 dəfə pulsuz nağdlaşdırma imkanı var. Bank dollar və manat üçün illik gəlirə görə gəlirlilik təklif edir.

Express Bank 

Bankın “Expresso Standard”, “Expresso Platinum” debet kartları var, kart partnyorlarda 30%-dək, digər mağazalarda 1%-ə dək “keşbək” verir. “Expresso Standard”ın satış qiyməti 10, “Expresso Platinum”unku isə 50 manat təşkil edir.   

Unibank 

Bankın “Visa Platinum”, “Digital card”, “Albalı Debet”, Albalı debet kartlar var, kartlar partnyorlarda 20%-dək, digər 5% “keşbək” verir. Kartlar marketlərdə 5%, kafe-restoranlarda 5%-dən başlayaq, parkinq 5%, kommunal xidmətlər üçün 2% “keşbək” verir. 

Yelo Bank 

Bankın “Yelo Light”, “Yelo Premium”, “Yelo Digital Card” debet kartları var. Partnyorlarda 30%-dək, digər 2% “keşbək” verir. Ölkədaxili hər yerdə 0.5% “keşbək”, seçilmiş kateqoriyalarda 4%-dək “keşbək”, kart hesabının qalığına gəlir illik 4%-dir. 
 
Xalq Bank 

“Xalq Bank” tərəfindən bazara çıxarılan “Xalq Kart” 2 növdə təqdim edilir: XalqKart Petrol və Cashback.

XalqKart Petrolun üstünlüyü hər yerə sabit 3% petrol, Cashback-də 2% “keşbək” qazanclı olmasıdır. Kartdakı 100-5 000 manat aralığındakı vəsaitə görə 2%-lik illik gəlir təklif edir.

Rabitəbank 

Bankın “Kartmane” adlı debet kartı var. “Keşbək” şərtləri bütün kartlar üçün standartdır. Keşbək 3 növdə təqdim edilir. Ödəniş kateqoriyasından və ödəniş üsulundan asılı olaraq keşbək faizi dəyişir.

YDM - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 10%, kart ilə aparılan ödənişlərə görə isə 1% “keşbək” hesablanır.

Marketlərdə ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 5% “keşbək”, kart ilə aparılan ödənişlərə görə isə 1.5% “keşbək” hesablanır. Restoranlar - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 5% “keşbək”, kart ilə aparılan ödənişlərə görə isə 2% “keşbək” hesablanır. Kitab alışı zaman ApplePay və GooglePay ödəniş sistemləri və kart vasitəsi ilə aparılan ödənişlərə görə 5% “keşbək” hesablanır.

İctimai nəqliyyat və qatar, bərbər, gözəllik salonları - ApplePay və GooglePay ödəniş sistemləri və kart vasitəsi ilə aparılan ödənişlərə görə 5% keşbək hesablanır. Bu kateqoriyalar üzrə maksimal qazana biləcəyiniz keşbək məbləği – 30 AZN.

Digər əməliyyatlar - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 2% keşbək, kart ilə aparılan ödənişlərə görə isə 1,5% keşbək hesablanır.

Elektronika - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsilə aparılan ödənişlərə görə 3% “keşbək”, kart ilə aparılan ödənişlərə görə isə 2% “keşbək” hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz “keşbək” məbləği – 30 AZN.

Kapital Bank 

Bankın “Birbank Umico Premium”, “Birbank Miles”, “Birbank Umico”, “Mastercard Platinum”, “Visa Infinite Miles”, “Mastercard World Elite Miles”, “Birbank Premium Cashback” debet kartları var.

“Umico Keşbek”i “Birbank Umico” kartlarında alış-veriş məbləğinin bir hissəsinin “Umico” və “Birbank” mobil tətbiqlərindəki bonus hesabına qaytarılmasıdır. Bonuslar real pul ekvivalentindədir və Umico partnyor şəbəkəsindəki alış-verişlər zamanı istifadə edilə bilər.

“Umico” və “Kapital Bank”dan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm Birbank Umico bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməyiniz kifayətdir.

Bankın adı

Kartın adı

Cashback (keşbək)

Access Bank

myCard Standard,

myCard Premium

 

Partnyor mağazalarda 30%-dək, 7%

 

ABB

Tam Digikard, TamGənc VİSA Debet, TamKart VİSA Classic Debet,

ABB Miles VİSA, Acercell Co-Brand VİSA Pay Wave

Partnyor mağazalarda 20%, digər 2%

Bank of Baku

Bolkart debet

 

Partnyorlarda 15%, digər 3%

Azər-Türk-Bank

Atb card və Atb card premium

Partnyor mağazalarda 30%-dək, digər 3%

Bank Respublika

Neokart Standart, Neokart Premium

Partnyorlarda 55% qədər, hər yerdə 2%

Express Bank

Expresso debet

 

Partnyorlarda 30%-dək, digər 1%

 

Unibank

Visa Platinum,

Digital card, Albalı Debet, Albalı

Partnyorlarda 20%-dək, digər 5%

Yelo Bank

Yelo Light, Yelo Premium, Yelo Digital Card

Partnyorlarda 30%-dək, digər 2%

Xalq Bank

XalqKart Petrol və ya XalqKart CashBack 

Partnyorlarda 40%-dək, digər 2%

Rabitəbank

 

Kartmane

Cashback şərtləri bütün kartlar üçün standartdır. Keşbek 3 növdə təqdim edilir:

Ödəniş kateqoriyasından və ödəniş üsulundan asılı olaraq “keşbek” faizi dəyişir. YDM - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsilə aparılan ödənişlərə görə 10% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1% keşbek hesablanır. Restoranlar - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 5% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 2% keşbek hesablanır. Partnyor şəbəkəsi üzrə 40 %-dək

 

Kapital Bank

Birbank Umico Premium debet,

Birbank Miles debet, Birbank Umico debet, Mastercard Platinum debet, Visa Infinite Miles debet, Mastercard World Elite Miles debet Birbank Premium Cashback debet

Umico partnyorları üzrə 1,4%

 Umico Partnyor bonus cashback-i;

Ölkəxarici E-COM əməliyyatları üzrə 1,15%

 Qeyri-Umico partnyorları üzrə 1.4%

 

     


Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin