BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
34401

“İş həyatında hər bir işçinin yaşadığı stres özü ilə bərabər müxtəlif xoşagəlməz nəticələri gətirə bilir”.

Bunu İnsan Resursları mütəxəssisi Vasif Ağayev Valyuta.az-a deyib. 

Əksəriyyət iş mühitini stresli təsəvvür edir. Sanki gərgin, stresiz iş mühiti ola bilməz. Amma iş mühitindəki stresin nəticələri heç də xoşagələn olmur. Vasif Ağayev stresli iş mühitinin nəticələrindən danışdı: “Bura sağlamlıq problemləri, performansın aşağı düşməsi, ruh düşkünlüyü, işi davam etdirməmək istəyi, kollektiv həmrəyliyin azalması, ətrafa qarşı dözümsüzlük və s. halları da əlavə etmək olar. Həmçinin yuxusuzluq, yorğunluq, narahat olmaq kimi fiziki simptomlara səbəb olur. Eləcə də, aydın düşünmək, təfərrüatlara diqqət yetirmək, düzgün qərarlar qəbul etmək qabiliyyətini zəiflədə bilir. Bərabər olaraq emosiyalara təsir edə bilir, hətta kədər, ümidsizlik, günahkarlıq, dəyərsizlik və laqeydlik kimi hisslərə belə səbəb ola bilər”. Bəs iş mühitində stres yaradan amillər nələrdir? Mütəxəssis deyir ki, müxtəlif amillər iş mühitində stress yarada bilir: “İş mühitində stres yaradan hallara nəzər salsaq, bura iş yerində mobbing, pis idarə etmə, karyera planlamasındakı səhv addımlar, düzgün tənzimlənməyən iş yükü, şəxslər arası rəftar və davranış, iş vaxtından artıq çalışmaq (işçinin razılığı olmadan) kimi halları aid etmək olar”.

Həmsöhbətimiz, stres yaradan amillərin həmişə idarəetmədəki problemlərdən yox, həm də işçinin özündən asılı olduğunu bildirdi: “Stres yaradan amilləri aradan qaldırmaq məhz öz əlimizdədir. İş vaxtının düzgün idarə edilməməsi, əmək funksiyasından irəli gələn işləri planlı formada icra etməmək, əmək funksiyasının icrası zamanı yaranan çətinliklərin səbəbini müəyyən etməmək və aradan qaldırmamaq, özünü sübut etmək hissi ilə işləmək, sağlam ünsiyyətdən və rəqabətdən uzaq olmaq, sağlam qidalanmağa riayət etməmək və aktiv həyat tərzində olmamaq kimi səbəbləri aradan qaldırmaqla da bu faktoru aradan yox edə bilərik”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin