BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
34054

Ayda buz olduğu məlumdur, amma onun haradan gəldiyini tam olaraq bilinmir. Yeni araşdırma Yerdən və Günəşdən gələn elektron dalğaların Ayın səthində donmuş suyun əmələ gəlməsinə kömək etdiyini göstərir.

Valyuta.az xəbər verir ki, araşdırma "Nature Astronomy" jurnalında dərc olunub. 

Alimlərin fikrincə, elektronlar planetimizin kosmosda hərəkət edərkən geridə buraxdığı maqnit quyruğuna daxil olub-çıxarkən Aya çırpılır. Bu maqnit quyruğunun içərisində Yer atmosferindən və Günəşdən gələn yüksək yüklü elektron və ionlardan ibarət plazma təbəqəsi var.

Bu yeni tədqiqatın nəzəriyyəsi Yeri əhatə edən və maqnitosfer adlanan maqnit sahəsinə əsaslanır. (Alimlər əvvəllər maqnit quyruğu və maqnitosferin Ayda suyun əmələ gəlməsində oynaya biləcəyi rolu araşdırmışdılar)

Ayda suyun harada olduğunu göstərən iki diaqram

Maqnitosferi Yerin qoruyucu maqnit sahəsinin plazma axınının qarşısını aldığı bölgə kimi təsvir edə bilərik (günəş küləyindən yaranan sürətli hissəciklər tərəfindən əmələ gəlir). Bir sözlə, maqnitosfer planetimizi Günəşdən gələn yüksək enerjili hissəciklərdən qoruyur, bu da özü ilə müxtəlif effektlər gətirir.

Manoadakı Havay Universitetinin planetoloqu Şuai Li deyir: "Bu, yerüstü suların əmələ gəlməsi proseslərini öyrənmək üçün təbii laboratoriya təmin edir. Ay maqnit quyruğunun xaricində olanda onun səthi sözün əsl mənasında günəş küləyi ilə "bombalanır". Maqnit quyruğunun içərisində demək olar günəş küləyi "protonları" yoxdur və bu səbəbdən suyun əmələ gəlməsi mümkün deyil".

Lakin aparılan təhlillər bunun belə olmadığını göstərir. Əvvəlki tədqiqatlar günəş küləkləri nəticəsində əmələ gələn hidrogen ionlarının Ayda su əmələ gətirdiyini işarə edirdi. Amma belə görünür ki, Ayın səthi günəş küləklərindən qorunarkən belə maqnit quyruğunda su əmələ gəlməkdə davam edir.

Günəş küləyi maqnitosferə toxunduqda bu maqnit qalxanı deformasiya edərək uzun maqnit quyruğu yaradır. Bu quyruğa "maqnitoquyruq" deyilir. Günəş küləyindən (və Yerin özündən) yüksək enerjili elektronlar və ionlar maqnit quyruğunda plazma təbəqəsi əmələ gətirir. Yuxarıda günəş küləyinin Yerin maqnitosferinə təsirini və maqnit quyruğu strukturunun formalaşmasını göstərən simulyasiya var. GIF: "CESSI
Komanda Chandrayaan" 1 kosmik gəmisi "Moon Mineralogy Mapper" (MMM) aləti ilə toplanmış məlumatlardan istifadə edib və Ayın maqnit quyruğundan keçdiyi zaman suyun əmələ gəlməsinin necə dəyişdiyini araşdırıb. Müşahidələr göstərir ki, Yerin maqnit quyruğunda suyun əmələ gəlməsi Ayın Yerin maqnit quyruğundan kənarda olması ilə demək olar eynidir.

Tədqiqatçılar burada başqa qüvvələrin, xüsusən də elektronların işlədiyini düşünürlər. Bunun baş verməsi belə izah edilir: Yüksək enerjili elektronlar Ay torpağı ilə reaksiyaya girərək, sıxılmış hidrogeni sərbəst buraxaraq, suyun əmələ gəlməsinə səbəb olur.

"Maqnit quyruğunda günəş küləyi əcdadlarının implantasiyası ilə birbaşa əlaqəli olmayan başqa formalaşma prosesləri və ya yeni su mənbələri ola bilər. Xüsusən də yüksək enerjili elektronların şüalanması günəş küləyi protonlarına oxşar təsir göstərir", deyə Şuai Li bildirib.

Bu, alimlərin Ay suyunun ilk növbədə haradan gəldiyini anlamağa çalışarkən ortaya atdıqları bir çox maraqlı təkliflərdən biridir. Qəti bir nəticəyə gəlmək üçün Ay səthində daha çox müşahidə və təcrübələr aparılmalıdır.

Bəs bu niyə vacibdir?

Aydakı su mənbəyinin elm adamlarını cəlb etməsinin bir çox səbəbi var: O, bizə Ayın keçmişi haqqında daha çox məlumat verir və Ayın səthində uzun müddət necə yaşaya biləcəyimizi anlamaq üçün həyati əhəmiyyət kəsb edir.

Ayda suyun paylanması və konsentrasiyası haqqında bilmək təkcə Yerin təbii peykinin necə inkişaf etdiyini anlamaq üçün deyil, həm də Aya gələcək uzunmüddətli ekipaj missiyalarını planlaşdırmaq üçün vacibdir. Su kosmik tədqiqatçılar tərəfindən təkcə qida kimi deyil, həm də yanacaq istehsal etmək üçün istifadə edilə bilər. Bu missiyalar Ayı Mars da daxil olmaqla Günəş sisteminin dərinliklərində kəşfiyyat üçün bir pilləkənə çevirə bilər.

Yeni tapıntılar Ayın kölgəli bölgələrində (PSR adlanır) suyun necə yığıldığını da izah edə bilər.

Komanda Ayın ətrafındakı plazma mühitini və onun maqnit quyruğundan keçidinin müxtəlif nöqtələrində onun qütblərindəki suyun tərkibini araşdıraraq bu kəşfi davam etdirməyi planlaşdırır. Bu iş 2026-cı ildə Aya getməyi hədəfləyən "Artemida" proqramı çərçivəsində həyata keçiriləcək.

Nəticə: Yerin maqnit quyruğundakı yüksək enerjili elektronlar peykimizdə suyun əmələ gəlməsinə səbəb ola bilər. Və Şuai Linin sözlərinə görə, bu və əvvəlki tapıntılar planetimizin bir çox cəhətdən Aya güclü bağlı olduğunu göstərir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin