BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
34029

Azərbaycanda POS-terminalların sayında azalma müşahidə olunur. Nağdsız ödənişlərin artırılması üçün müvafiq addımların atıldığı bir vaxtda bu azalma müəyyən suallar doğurur. Ekspertlər bu azalmanı müxtəlif amillərlə əlaqələndirirlər.

Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb. 2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib. Mərkəzi Bank xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2 faiz və ya 1861 ədəd azdır. Cari ilin sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6 faiz azalma deməkdir. Bəs görəsən rəqəmsallaşan dünyada, nağdsız ödənişlərin artması lazım olan bir zamanda POS-terminalların azalması nə ilə əlaqədardır.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

İqtisadçı Eldəniz Əmirov düşünür ki, POS-terminalları azaldan səbəblərdən biri rəqabət və paxıllığın olmasıdır: “Düşünürəm ki, bunun səbəbi müəyyən subyektiv amillərlə əlaqəlidir. Azalmanın mənfi təsirləri çox böyükdür. Bir təsərrüfat subyekti görəndə ki, qonşusu və ya rəqibi POS-terminallardan istifadə etmir, artıq o da istifadə etməyəcək. POS-terminalların sayının azalması rəqəmsallaşma, nağdsız ödənişlər, iqtisadiyyatın şəffaflaşdırılması, ödənişlərin ağarması kimi prinsiplərə zidd göstəricidir”.

İqtisadçının sözlərinə görə, azalmanın qarşısının alınması üçün inzibati nəzarət gücləndirilməli, qaydalar sərtləşdirilməli, heç bir halda güzəştə gedilməməlidir.

İqtisadçı ekspert Günay Hüseynova bildirir ki, POS-terminal bəzi sahibkarlara sərf etmədiyi üçün ondan istifadə etmirlər: “Düzdür, müəyyən sahibkarlar var ki, post-terminal istifadə etmir. Bəziləri yalandan müştəriyə deyir ki, aparat yoxdur və ya çalışmır. POS-terminalların azalmasının əsas səbəblərindən biri də banklar tərəfindən müəyyən faizin tutulmasıdır. Sahibkar bir məhsulun üzərinə nə qədər pul qoya bilər ki, hələ bir banka da faiz ödəsin? Bundan əlavə, həmin vəsaitdən yeni məhsul da almalıdır. Digər tərəfdən, POS-terminalla olan ödənişlərdə sahibkar pulu həmin gün hesabdan çəkə bilmir. Bu da təbii ki, onlara sərf etmir. Digər tərəfdən, sahibkar nağd satış edir, alıcıya kassa çeki vermir, vergidən yayınır”.

G.Hüseynovanın fikrincə, sahibkarlara nağd ödənişdənsə, kartla ödəniş daha sərfəli edilməlidir: “Əslində bütün şərtlər sərfəli olsa, sahibkarlara da maraqlı olardı. Çünki obyektdə pulun saxlanması, daşınması və digər hallar çətindir. Misal üçün, Türkiyədə kartla ödəniş əksər mağazalarda nağd ödənişlərə nisbətən daha sərfəlidir. POS-terminalın olması pul vəsaitlərinin tədavülü, çəkilən xərcin azalmasına, bununla yanaşı, dövr surətinin artmasına səbəb olan faktorlardandır”.

Ekspert qeyd etdi ki, sahibkarlara müəyyən güzəştlər tətbiq edilməlidir: “Bəzən iqtisadçılar deyir ki, bu sahə artıq dövlətin nəzarətindən çıxsın, tamamilə özəlləşsin. Amma mütləq, cüzi də olsa, dövlət nəzarəti olmalıdır. Çünki dövlət büdcəsinin əsasını vergilər təşkil edir. Sahibkarın qazancı olmadıqdan sonra vergini nə ilə ödəməlidir? Dövlət əslində sahibkarın vergi verməsində maraqlı olmalıdır. Ona görə də bu sahəyə ciddi nəzarət lazımdır”.

Millət vəkili Azər Badamov isə fərqli düşünür. Onun fikrincə, artıq sahibkarlar obyektdə bir aparat saxlamaqla kifayətlənirlər: “Ticarət müəssisələrində və xidmət sahələrində POS- terminalların quraşdırılması şəffaflığın təmin olunmasına və vətəndaşların nağdsız ödəmələri rahat şəkildə həyata keçirməsinə imkan verir. Vaxtilə sayda baş verən artım obyektlərdə kütləvi POS-terminalların quraşdırılması ilə bağlı olub. Bu gün demək olar ki, bütün obyektlər POS-terminallarla təchiz olunub. POS-terminalların azalmasında əsas səbəb isə ticarət obyektləri və xidmət sahələrində bir neçə terminal quraşdırılması ilə bağlıdır. Sahibkarlar POS-terminalla əməliyyatlar aparmağa başlayandan sonra gördülər ki, eyni obyektdə bir neçə bankın POS-terminalının saxlanılması məntiqsizdir. Çünki bu, əlavə xərc deməkdir. Ona görə də sahibkarlar hər kassa aparatının yanında bir POS-terminal saxlamaqla kifayətlənirlər. Proses nəticəsində əvvəl alınmış bir çox POS-terminallar ixtisar edilir. Alıcıların ödəniş formasının seçimi azaddır. Nağdsız ödəniş etmək istəyən alıcıya POS-terminalın təqdim olunmaması qanun pozuntusudur. Əgər vətəndaşlar belə hallarla qarşılaşarsa, ilk növbədə müvafiq orqanın qaynar xəttinə müraciət etməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin