BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32512

Yay transfer pəncərəsi futbolun ən böyük adlarından bəzilərinin yeni “otlaqlara” getməsindən sonra ümumilikdə 6,6 milyard avro satış ortaya çıxdı. Bəs hansı klublar mövsümlərarası fasilədə fərqləndi, daha doğrusu transfer bazarında qazandı?

Valyuta.az bu yay transfer bazarında qazanan klubların adlarını təqdim edir.

PSJ (Fransa)

PSJ, nəhayət, “qalaktikos” modelindən ayrıldı. Bu yay Neymar, Lionel Messi və Serxio Ramos kimi nəhəng adların hamısı Kilian Mbappeyə qurban verildi və komandadan getdi. Parislilər atlarını Mbappenin vaqonuna bağladılar və bu kollektivi onun timsalında formalaşdırdılar. Randal Kolo Muani və Ousmane Dembele daha gənc, yaxşı fiziki formada, qola ac və güclü hücum xətti yaratmaq üçün gətirildi. Li Kanq İn, Lukas Hernandez, Milan Şkrinyar və Manuel Uqarte onların arxasında inanılmaz dərəcədə ağıllı əlavələr kimi görünür. 

Gələnlər: Randal Kolo Muani (“Ayntraxt”, Almaniya, 95 milyon avro), Manuel Uqarte (“Sportinq”, Portuqaliya, 60 milyon avro), Ousmane Dembele (“Barselona”, İspaniya, ​​50 milyon avro), Lukas Hernandez (“Bavariya”, Almaniya, 45 milyon avro), Bredli Barkola (“Lion”, Fransa, 45 milyon avro), Li kanq İn (“Malorka”, İspaniya, 22 milyon avro); Milan Şkrinyar (“İnter”, azad agent), Marko Asensio (“Real”, İspaniya, azad agent), Qonçalo Ramos (“Benfika”, Portuqaliya, icarə)

Gedənlər: Neymar (“Al-Hilal”, Səudiyyə Ərəbistanı, 90 milyon avro), Abdu Diallo (“Al-Arabi”, Səudiyyə Ərəbistanı, 15 milyon avro), Mauro İkardi (“Qalatasaray”, Türkiyə, 10 milyon avro), Corcinyo Viynaldum (“Al-Ettifaq”, Səudiyyə Ərəbistanı, səkkiz milyon avro), Leandro Paredes (“Roma”, İtaliya, iki milyon avro), Renato Sançes (“Roma”, İtaliya, icarə), Lionel Messi (“İnter Mayami”, ABŞ, azad agent), Serxio Ramos (“Sevilya”, İspaniya, azad agent).

“Milan” (İtaliya)

Sentyabrın ikisində “Gazzetta dello Sport”un ön səhifəsində ən yaxşı şəkildə deyilir: "Yeni transferlər öz bəhrəsini verir". Üç oyundan sonra səkkiz qol vuran və yalnız ikisini buraxan "Rossonerilər" bütün matçlarda qələbə qazanıb. “Milan” iyerarxiyası olduqca ağıllı şəkildə Stefano Pioloya inandı və onu yay transfer bazarında dəstəklədi. Yeni gələnlərin arasında “Çelsi”nin futbolçuları Kristian Pulişiç və Ruben Loftus-Çik xüsusi diqqət çəkir. Londonda hücum tandemi olan cütlük, artıq “San Siro”da yeni bir həyat verməyə gəlib.

Gələnlər: Kristian Pulişiç (“Çelsi”, İngiltərə, 20 milyon avro), Samuel Çukvueze (“Vilyarreal”, İspaniya 20 milyon avro), Yunus Musah (“Valensiya”, İspaniya, 20 milyon avro), Tiyyani Reiynders (“AZ Alkmar”, Niderland, 19 milyon avro), Ruben Loftus-Çik (“Çelsi”, 16 milyon avro), Noak Okafor (“Zaltsburq”, Avstriya, 14 milyon avro), Marko Pelleqrino (“Platense”, Argentina, 3,5 milyon avro), Luka Romero (“Latsio”, İtaliya, azad agent), Luka Yoviç (“Fiorentina”, İtaliya, azad agent).

Gedənlər: Sandro Tonali (“Nyukasl”, İngiltərə, 65 milyon avro), Çarles De Ketelare (“Atalanta”, İtaliya, icarə), Aleksis Salemekers (“Bolonya”, icarə), Ante Rebiç (“Beşiktaş”, icarə), Divok Orici (“Nottingem Forest”, icarə), Matteo Qabbia (“Vilyarreal”).

“Vest Hem” (İngiltərə)

Şişirilmiş bir bazarda dəyər tapmaq bəlkə də ən çətin şeydir. Orada çoxlu yaxşı oyunçular var, lakin büdcəni “sındırmadan” onları əldə etmək üçün yaxşı bir kəşfiyyat tələb edir. Ulduz oyunçunuzu 110 milyon avroya satdığınız zaman və bütün dünya üzrə komandalar cibinizdə bütövlükdə yanan doqquz rəqəmin olduğunu bildikdə bu, daha da çətinləşir. Beləliklə, “çəkiclər”in Declan Raysı əvəz etmək niyyətində olması ilə bu yay “Vest Hem”in üzləşdiyi çətin vəziyyət idi. Amma bunu etdilər. Yay transferləri üçün yavaş başlanğıcdan sonra idman direktoru Mark Noble və texniki direktor Tim Steydten “Ayaks”dan Edson Alvarez, Mohamed Kudus və “Southampton”dan Ceyms Vard-Provseni gətirdilər. Komandada yeni bir onurğa meydana gətirə bilən və şərqi London klubunu daha yüksək zirvələrə qaldırmağa kömək edən üç parlaq yarımmüdafiəçi…

Gələnlər: Mohammed Kudus (“Ayaks”, Niderland, 45 milyon avro), Edson Alvarez (“Ayaks”, Niderland, 40 milyon avro), Ceyms Vard-Provse (“Southempton”, İngiltərə, 35 milyon avro), Konstantinos Mavropanos (“Ştutqart”, Almaniya, 25 milyon avro).
 
Gedənlər: Deklan Rays (“Arsenal”, İngiltərə, 110 milyon avro), Canluka Skamakka (“Atalanta”, İtaliya, 30 milyon avro), Artur Masuaku (“Beşiktaş”, Türkiyə, açıqlanmır), Manuel Lanzini (“River Pleyt”, Argentina, pulsuz), Nikola Vlaşiç (“Torino”, İtaliya, 15 milyon avro)

“Bayer” (Almaniya)

Kim bu mövsüm “Bavariya”ya meydan oxuya və onların ardıcıl 12-ci Bundesliqa çempionluğunu qazanmasının qarşısını ala bilər? “Borussiya” (Dortmund) mübarizə aparır və “Leypsiq” bütün istedadlı ulduzları itirirsə, estafet mübahisəsiz “Bayer”ə verilir. Lakin “sükan”ı idarə edən Xabi Alonso və bazarda bəzi yan düşüncələri olan Die Verkself bu müddətə titula ən çox iddia edənlərdir. Qranit Xaka və Conas Hofmann bu gənc heyətə bir az təcrübə əlavə etmək üçün gətirildi. Lakin ən çox diqqət Viktor Bonifasa yönəlib. Nigeriyalı hücumçu artıq dörd oyunda beş qol vurub. Sentyabrın 15-də onların “Allianz Arena”ya səfəri həqiqətən də maraqla gözlənilir.

Gələnlər: Natan Tella (“Southempton”, İngiltərə, 23 milyon avro), Viktor Bonifas (“Yunion SG”, Belçika, 20 milyon avro), Qranit Xaka (“Arsenal”, İngiltərə, 15 milyon avro), Yonas Hofmann (“Borussiya”, Münhenqlabax, Almaniya, 10 milyon avro), Artur (“Amerika-MG”, Braziliya, yeddi milyon avro), Matey Kovar (“Mançester Yunayted”, İngiltərə, beş milyon avro), Yosip Stanişiç (“Bavariya”, Almaniya, icarə)

Gedənlər: Mussa Diabi (“Aston Villa”, İngiltərə, 55 milyon avro), Mitçel Bakker (“Atalanta”, İtaliya, 10 milyon avro), Kerem Demirbay (“Qalatasaray”, Türkiyə, 4 milyon avro), Ayman Azhil (“Borussiya”, Dortmund, Almaniya. azad agent), Salim Haduçi (“Köln”, azad agent), Yunq In Qyom (“Qladbax”, azad agent)

“Real” (İspaniya)

“Real” transfer pəncərəsində qazandı ? Bəli. Səbəbi isə sadəcə, iki sözlə izah edilə bilər - Cude Bellinqem. “Real” ingilis futbolçu üçün “Borussiya”ya (Dortmund) 103 milyon avro ödədi. Bundesliqada xoş təəssürat yaratdıqdan sonra Bellinqem İspaniyaya gəldi və La Liqanı fırtına kimi ələ keçirdi. 20 yaşlı futbolçu artıq Karlo Ançelotti üçün əvəzolunmazdır və artq dörd oyunda beş qolla yadda qalıb. Florentino Peres belə bir futbolçu üçün həqiqətən heyrətamiz müqavilə bağlayıb.

Gələnlər: Cude Bellinqem (“Borussiya”, Dortmund, Almaniya, 103 milyon avro), Arda Gülər ​​(“Fənərbağça”, Türkiyə, 20 milyon avro), Fran Qarsiya (“Rayo Valyekano”, İspaniya, beş milyon avro), Kepa Arrizabalaqa (“Çelsi”, icazə), Xoselu (“Espanyol”, beş milyon avro).

Gedənlər: Kərim Benzema (“Al-İttihad”, Səudiyyə Ərəbistanı, azad agent), Marko Asensio (PSJ, Fransa, azad agent), Mariano Diaz (“Sevilya”, İspaniya, azad agent), Alvaro Odriozola (“Real Sosyedad”, üç milyon avro), Eden Azar (klubsuz)

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin