BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
28033

Ramazan ayının sonlarına yaxınlaşdıqca yenidən kütləvi olaraq toyların keçirilməsinə başlanılacaq. Demək olar ki, artıq “toy sezonu” başlamaq üzrədir.

Heç kimə sirr deyil ki, may ayının əvvələrindən toy edənlərin sayı aratacaq. Ancaq artan təkcə toyların sayı deyil. Eyni zamanda qiymətlərdə də kəskin artım müşahidə olunur. 

Bizim.Media-nın apardığı araşdırma nəticəsində şadlıq saraylarında menyuların qiymətində 20-30% artım müşahidə olunur.

Məsələn, əvvəllər 130-140 manata təklif olunan bahalı menyuların qiyməti hazırda 170-190 manat arasında dəyişir. Nisbətən aşağı qiymətli menyularda isə artım daha az hiss olunur. Bir neçə ay əvvəl 50 manata təklif olunan menyunun qiyməti isə 60 manata qədər artıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “DAİR” Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, şadlıq saraylarında qiymətlərin artması  ərzaq məhsullarının bahalaşması ilə bağlıdır:

“Biz bilirik ki, şadlıq saraylarında təqdim olunan xidmətlər qidalarla bağlıdır. Yəni, onların xammalı ərzaq məhsullarıdır və onların bahalaşması menyu qiymətlərinə də təsir edib. Digər tərəfdən, həmin yemək və xidmətlərin maya dəyərinə təsir edən başqa amillər də var.

Burada həm də orta əməkhaqqının artmasını qeyd etmək olar. Razılaşarsınız ki, bu ildən minimal əməkhaqqı artıb və ümumiyyətlə, orta əməkhaqqı ölkə üzrə artıb. Bu da başqa xidmətlərin maya dəyərinə birbaşa təsir edən amildir.

Məsələyə fərqli bir aspektən baxarsaq görərik ki, kommunal xərclərin bəzilərinin artması da istehsal olunan xidmətlərin qiymətinə təsir göstərir. Bütün sadalananlar birbaşa qiymət formalaşmasına təsir göstərir.

Təbii ki, fürsətçilik də müşahidə edirik. Yəni, bəzi şadlıq sarayları süni qiymətin artırılmasına əl atırlar. Onlar çalışırlar ki, daha çox qazanc əldə etsinlər. Amma bu halda daha keyfiyyətli xidmətlərin göstərilməsinə diqqət yetirmirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin