BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
7960

2021-ci ilin fevralın 15-dən iyulun 30-na qədər Rusiya buğda, çovdar, arpa və qarğıdalı da daxil olmaqla, bir sıra dənli bitkilərin ixracına 17,5 milyon tonluq kvota tətbiq edəcək.
 
Bu kvota Rusiyadan taxıl ixracının azalmasına səbəb olacaq. Çünki Rusiyanin yalnız illik buğda ixracı 25 milyon tondan artıqdır. Kvotanın tətbiqi Rusiyanın daha az buğda ixracına səbəb olacaq.
 
Bu vəziyyət Azərbaycan üçün əlverişli deyil. Azərbaycan idxal etdiyi buğdanın əsas hissəsini Rusiyadan alır. 2019-cu ilin məlumatına əsasən ölkəmiz 1,585 milyon ton buğda idxal edib. Buğdanın 1,31 milyon tonu (82,6 faiz) Rusiyadan, 273 min tonu (17,2 faiz) Qazaxıstandan alınıb. 2020-ci ildə buğda idxalımız 1,365 milyon ton olub. Bu qədər məhsulun 1,349 milyon tonu (98,8 faiz) Rusiyanın payına düşüb.  

Rusiyanın buğda ixracını azaltması Azərbaycana hansı çətinliklər yarada bilər və idxal çətinliyi yaranmaması üçün başqa hansı bazarlar tapılmalıdır?

Aqrar sahə üzrə ekspert Qadir Bayramlı hesab edir ki, Rusiyadan başqa Azərbaycana yaxın buğda ixracatçıları Qazaxıstan və Ukraynadır. Amma o adıçəkilən ölkələrin də oxşar addım atmasının mümkün olduğunu düşünür. "Nəzərə alaq ki, Qazaxıstanın da ixraca kvota qoymaq söhbəti var. Ola bilər ki, Ukrayna da eyni addımı atsın. Onda biz nə edəcəyik? Buğda strateji məhsuldur və ölkəmiz buğdasız qala bilməz”.
 
Q.Bayramlı taxıl bazarlarında müəyyən fasilələrlə belə gərginliyin yaşandığını xatırladaraq problemin köklü həllinin vacib olduğunu dedi. Onun fikrincə, məsələyə kompleks yanaşma olarsa, Azərbaycan yerli istehsal hesabına özünü buğda və başqa taxıl növləri ilə tam təmin edə bilər: "Uzun illərdir ki, deməyimizə baxmayaraq məsələ əsaslı şəkildə həll edilməyib. Azərbaycanın illik taxıl istehsalı 3,5 milyon tondur. Bunun 2 milyon tonunu buğda istehsalı təşkil edir. Ölkəmizdə istehsal edilən buğda sərt buğda olduğu üçün dəyirmanlarımızın çoxu onu üyüdə bilmir. Böyük dəyirmanların əksəriyyətinin texniki imkanları yumşaq buğda üyüdülməsi üçün nəzərdə tutulub. Yumşaq buğda da idxal hesabına təmin edilir.
 
Bu cür dəyirmanların qurulması yanlışdır. Azərbaycanda fermerlər min bir əziyyətlə buğda və digər taxıl məhsulu istehsal edir. İstehsal edilən məhsulun önəmli hissəsi heyvan yemi üçün istifadə olunur. Halbuki, yerli buğdanın keyfiyyəti, kalorisi daha yüksəkdir və dəyirmanlar imkan versə, ondan un alıb istehlaka yönəltmək olar.
 
Bölgələrimizdə dəyirman şəbəkələri var idi, onların hamısını dağıtdılar. Hər rayonda bir neçə dəyirman olmalıdır və yerli buğda həmin dəyirmanlarda rahat üyüdülə bilməlidir. Problem yaradan əsas çətinliklərdən biri dəyirman məsələsidir.
 
Azərbaycanın taxıl istehsalını artırmaq imkanları var. Bizim potensialımız daha böyükdür. İşğaldan azad edilən ərazilərdə də taxıl istehsalını təşkil etməklə çox rahatlıqla 4 milyon tondan artıq istehsal etmək olar. Bununla ərzaq məshulu üçün taxıla və buğdaya olan ehtiyacı ödəmək mümkün olacaq.
 
Xarici bazarlardan asılılığı azaltmaq üçün hökmən yerli istehsal artırılmalıdır. Elə ölkələr var ki, istəsə də yetəri qədər buğda istehsal edə bilməz. Amma Azərbaycanın buğda istehsalını artırmaq potensialı var və bu potensialdan səmrəli istifadə etməklə yerli istehsal hesabına daxili tələbatı 100 faiz ödəmək mümkündür”.
 
Q.Bayramlı bildirdi ki, yeni mövsümdən başlayaraq yerli məhsullar nəzərə alınmaqla dəyirman şəbəkələri qurulmalıdır: "Dəyirmanların ən böyük istehsalçılarından biri Türkiyədir. Konyada bu sahə üzrə ixtisaslaşan müəssisələr var. Onları dəvət etməklə burada yerli istehsala uyğun dəyirmanlar qurulmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin