BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
47506

"Azərbaycanda böyük heyvandarlıq təsərrüfatlarını ləğv etmək deyil, heyvandarlıqda yemləməni dəyişmək lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov heyvanların havaya küllü miqdarda metan qazı buraxması ilə bağlı problemə aydınlıq gətirərkən deyib. 

Ekspert iki ay bundan əvvəl "Qlobal istiləşmənin Azərbaycana təsirləri" adlı konfransda bu mövzuya toxunduğunu və problemdən çıxış yolları ilə bağlı təklif verdiyini vurğulayıb:

"Həmin tədbirdə böyük heyvandarlıq təsərrüfatlarının havaya metan qazı buraxması ilə bağlı faktlar açıqladım. Metan qazı karbon qazından daha təhlükəlidir. Həmin tədbirdə təklif etdim ki, bu məsələnin həlli yolları yemləmənin fərqliliyindən keçir. Elə yem var ki, heyvan onu yeyəndə gövşəmir. Heyvan gövşəyəndə metan qazını havaya buraxır. Elə yemə də var ki, birbaşa həzmə gedir. Heyvandarlıqda məhz həmin yemlərdən istifadə olunmalıdır ki, proses təbiətə bir o qədər də ziyan vurmasın".


Vahid Məhərrəmov təklif edib ki, bununla bağlı dövlət səviyyəsində tədbir keçirilməlidir:

"Orada ictimaiyyətə daha geniş məlumat verilməlidir. Bu təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bir çox ölkələrində var. Məsələn, tutaq ki, Azərbaycan iri fermer təsərrüfatlarını bağladıq, bəs digər ölkələr bu sahəni genişləndirəcək axı. Biz digər ölkələrdən heyvandarlıq məhsulları, eləcə də diri heyvanlar idxal edirik. Bu o demək deyil ki, Azərbaycan heyvandarlıqla məşğul olmamalıdır. Əksinə, bu sahəni daha da genişləndirməlidir. Birincisi, intensiv heyvandarlıq, yəni az sayda heyvandan daha çox məhsul əldə etmək üçün yola çıxmalıyıq. Təəssüflər olsun ki, bu da bizdə yoxdur, sağılan inəkdən 1 ton 700 litr süd alırıq, İsrail isə 12 ton süd alır. Görün nə qədər fərq var. Bir yandan az məhsul verir, digər tərəfdən də heyvanlar havaya çox metan qazı buraxır. Biri var bir inək saxlayıb 3 inəyin südünü alasan, biri də var 6 inək saxlayıb bir inəyin südünü alasan. Azərbaycana belə süd verən heyvanlar idxal olunmalıdır".
 
Qeyd edək ki, metan göyşəyən heyvanların ayırdığı istixana qazıdır. Öz istixana qabiliyyətinə görə o, karbon qazından 22 dəfə güclü təsirə malikdir. Orta hesabla bir inək bir kq quru yemə görə 20 qram metan ayırır. Başqa sözlə, əgər ekvivalent istixana effektinə hesablansa, 560 qram karbon qazına ekvivalentdir. Gün ərzində inək 12-14 kq yem (quru maddəyə hesablanmaqla) yeyir və ildə 2,5 ton ekvivalent karbon qazı ayırır. Yer kürəsində olan 1,5 milyard inək hər il atmosferə buraxdığı metan 3-4 Qton karbon qazına ekvivalentdir. Bu isə faydalı qazıntı yanacaqlarının yanması hesabına atmosferə atılan karbon qazının 10%-nə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin