BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43424

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi Aqrar Biznes Festivalları davam edir. Növbəti festival Yevlax rayonunda baş tutub. 

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Aqrar Biznes Festivalında Yevlax, Bərdə, Tərtər, Goranboy, Şəki, Ağdaş rayonlarından fermerlər iştirak edib.

Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsullar nümayiş olunub. Festival zamanı fermerlər müxtəlif şirkətlərin təklif etdiyi sertifikatlı toxum, gübrə, pestisid nümunələri, suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.

Festivalda yüksək iqtisadi gəlir potensialına malik bitkilər də sərgilənib. Fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar verilib.

Bundan başqa festivalda  kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb. 
Festivalın açılış mərasimində çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev regionlarda keçirilən bu cür tədbirlərin fermerlərin maariflənməsinə, kənd təsərrüfatı məhsullarının istehsal vasitələrinə çıxış imkanlarının artırılmasına, sahələrdə yeni texnologiyaların tətbiqinə müsbət təsir göstərdiyini bildirib. 

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Aqrar Biznes Festivalları kənd təsərrüfatında tətbiq olunan müasir texnologiya, yeniliklər və innovasiyaların fermerlərə çatdırılması üçün nəzərdə tutulmuş platformadır. Bu kimi tədbirlər kənd təsərrüfatı fəaliyyətinin maraqlı tərəfləri olan təchizatçı şirkətlərlə fermerləri bir araya gətirməyə, ikitərəfli əlaqələrin qurulmasına imkan verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Sahibkarlığın İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov, İstehlak Mallarının Ekspertiza Mərkəzinin direktor müşaviri Elşad Həsənov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə çıxış edərək bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkalarının təşkilini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, belə yarmarkalar fermerlərin dövlət güzəştli kənd təsərrüfatı təyinatlı kreditlər barədə məlumatlılığını təmin edə, eyni zamanda aqrar fəaliyyəti genişləndirmək üçün maliyyə mənbələrinə  çıxışını yaxşılaşdıra bilər.

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aran Regional İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı ilə kredit yarmarkası keçirilib. 

Yarmarkada fermerlərə aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, bölgələrdə keçirilən kredit yarmarkasının əsas məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığını artırmaq, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırmaqdan ibarətdir. 

Kredit yarmarkasında 20-ə yaxın bank və bank olmayan kredit təşkilatı iştirak edib, 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr verib. Eyni zamanda fermerlər mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq  götürə biləcəkləri kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.

Kredit yarmarkası çərçivəsində “Kənd təsərrüfatı kreditlərinin təşviqi” mövzusunda panel müzakirə də keçirilib. Müzakirələrdə müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər. Panel müzakirələrdə fermerlərin sualları cavablandırılıb, onlara aqrar təyinatlı kredit almağa müraciət etmək üçün texniki dəstək göstərilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin