BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
41393

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, 2024-cü il yanvar ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 mlrd. 182.9 mln. manat təşkil edib ki, bunun da 76.5%-i və ya 17 mlrd. 736 mln. manatı Bakı şəhərinin payına düşüb.

Bu dövrdə banklar tərəfindən ən ucuz kreditlər Bakı şəhərinə verilib. Bakı şəhərinə verilən ümumi kreditlərin orta faiz dərəcəsi 11.09%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 12.96% təşkil edib.

Hesabat dövründə ən bahalı kreditlər Dağlıq-Şirvan iqtisadi rayonuna (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 160 milyon 180 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.68%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.70% olub. 

Bakı ilə regionlar arasında kredit faizlərindəki kəskin fərqlərin səbəbi nədir? 

Valyuta.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, bu rəqəmlər bölgələr üzrə ümumi orta faiz dərəcəsini əks etdirir. Ona görə də Bakıda kredit faizləri daha ucuz hesab olunur:

"Bakıda kifayət qədər ucuz kreditlər olur. Bura ipoteka, iri həcmli biznes mühiti üçün güzəştli kreditlər və s. daxildir".

Ekspert deyib ki, bu əmsal çoxdan bölgələrin xeyrinə olmalı idi:

"Çünki bölgələrdə qeyri-neft sektorunun alternativi olan kənd təəsrrüfatı sektoru inkişaf etməli idi. Bu gün rəqəmsal olaraq bunu görmürük. Regionlarda kredit faizi orta hesabla 19 faizdirsə, hansısa inkişafdan danışmaq mümkün deyil. Bu göstəricilər 5-6 faiz arası olmalıdır". 

Fuad İbrahimovun sözlərinə görə, regionlarda kreditin verilmə üslubu dəyişilməlidir. Bu sahə üzrə institut formalaşmalıdır:

"Bu kreditlər nəzarət altında kortəbii verilməməlidir ki, sonradan hesabatı verilə bilsin. Çox vaxt krediti götürüb başqa təyinatı üzrə istifadə edirlər, sonradan isə bəzən gec qaytarırlar, bu zaman problem yaranır. 2015-ci ildə ardıcıl iki devalvasiya keçən, qeyri-neft sektoru ilə bağlı yol xəritəsi yazan dövlətdə həmin rəqəmlər devalvasiyadan keçən ikinci, üçüncü ildə dərhal dəyişilməli idi. Lakin 9 il keçməsinə baxmayaraq, rəqəmlər hələ də dəyişilməyib".

"Faiz dərəcələri onu göstərə bilərmi ki, banklar bunu etməklə həm də öz pullarını qorumağa çalışır" sualına cavab olaraq ekspert bildirib ki, hər bankda böyük kreditlər vermək üçün kapital olmur:

"Bankların 90 faizindəki kapitallar vətəndaşlara məxsusdur. Biz pullarımızı 10 faizlə depozitə qoyuruq, onlar isə bunu 3 faizlə kreditə verə bilməz. Hökumət banka kapitalı əldə etməyə şərait yaratmalıdır. Məsələn, ehtiyat fondlardan banklara dövlət kredit verə bilər. Deyə bilər ki, illik 2 faizlə, 5 faizlə 5 milyard pul ayırıram. Üstünə də 2 faiz qoyaraq siz bu pulu kredit verin. Yaxud xarici donorların ölkəyə gəlməsinə şərait yarada bilər. Yəni, bazarda ucuz pul kütləsi formalaşmalıdır. Lakin bu yoxdur. Bu gün bütün sadalananları tətbiq etmək üçün güclü iqtisadi siyasət lazımdır”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin