BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40380

Keçən ilin yanvar-avqust aylarında Azərbaycanda 2744.6 hektar sahədən 2092.4 ton tütün yarpağı yığılıb. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21.5 faiz və ya 572.4 ton azdır. Belə ki, həmin dövrdə sahələrdən 2664.8 ton tütün yarpağı yığılıb. Bu geriləmənin səbəbi nədir?

“Pulumuzu vaxtında ala bilmirik”

Tütünçülüklə məşğul olan Məmmədiyyə bəy deyir ki, fermerin bu sahədəki ən böyük problemi pul ilə bağlıdır: “Biz yapon şirkəti ilə işləyirik. Pul az verirlər, qiymət də aşağıdır. Müqavilədə göstərilən kimi ödənişi vaxtı-vaxtında vermirlər. Bugünkü gündə də pulumuz gecikir. Gecikdikcə, məhsuldarlıqda da azalma olur. İşçiyə ödəniş edilmir, məhsul məhv olub gedir”.

Kadr çatışmazlığı

Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Rövşən Şərifov bildirir ki, hazırda dövlət tərəfindən tütünçülük sahəsi dəstəklənir: “1990-cı illərə qədər 60 min ton quru tütün istehsal edilirdi. Amma 2000-ci ildən bəri 2 min tondan artıq tütün istehsal edə bilmirik. Halbuki həmin dövrdə nə texnika, nə dövlətin qayğısı yox idi. Bu gün alınan texnikanın, torpağa verilən gübrələrin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Sovet dövründə bunların heç biri yox idi”.

R.Şərifovun sözlərinə görə, yaxşı mütəxəssislər olmadığı üçün torpaq gücdən düşür, bu da məhsuldarlığa təsir edir: “Torpağa düzgün aqrotexniki yanaşma yoxdur. Sovet dönəmində hər bir kolxozda alim, kənd təsərrüfatı mütəxəssisi var idi. İndi torpağı paylamışıq, fermer həm torpaqşünas, həm bitkiçilik alimi, həm zərərvericilərə qarşı mübarizə aparandır. Nəticədə torpaq gücdən düşür, məhsuldarlıq da azalır”.

Toxumu xaricdən alırıq

Müsahibimizin fikrincə, fermerlər bu sahəyə o qədər də maraqlı deyillər: “Biz zamanında toxum istehsal etmişik. İndi toxumu xarici şirkətlərdən alırıq. Bu sahədə sistemlilik yoxdur. Əslində, gələn toxum rayonlaşdırılmalıdır. Hər rayonun ərazisinin torpaqları fərqlidir, deməli, toxumlar da fərqli olmalıdır. Amma bunu edə bilmirik. Nəticədə bu da məhsuldarlığa təsir edir”.

Əziyyəti çox, qiyməti az

R.Şərifov deyir ki, fermer taxıl əksə daha az əziyyət çəkər, nəinki tütün: “Eyni torpaqda fermer taxıl da, qarğıdalı da, yonca da əkə bilər. Fermer təbii olaraq gəlirini fikirləşir ki, tütünçülüklə məşğul olsa, qazancı nə olacaq. Bu gün tütünçülərə yaş tütünün hər kiloqramına görə növlərindən asılı olaraq verilən məbləğ 15-32 qəpikdir. Fermer bir hektarda 10-15 ton tütün istehsal edə bilir. Orta hesabla məhsulun dəyəri 3000 manat edir. Tütünün yetişdirilməsi, becərilməsi, əkilməsi xərclərini çıxanda fermer görür ki, bir hektardan 300 – 700 manat mənfəət qalır. Əldə etdiyi gəliri digər sahələrlə müqayisə edir. Görür ki, digər məhsulları da əksə, bu pulu qazanacaq, amma daha az əziyyət çəkəcək. Tütündə 6 ay becərmə, yığım işləri gedir. Ona görə stimullaşdırma olmalıdır”.

Keyfiyyətli tütün istehsal edə bilmirik

Ekspert bildirir ki, tütünün fermerdən alış qiymətini formalaşdıran bəzi səbəblər mövcuddur: “Bizdə tütünü xaricə ən yaxşı halda iki dollar, iki dollar yarıma satırlar. Bu səbəbdən fermerdən 32 qəpikdən baha qiymətə ala bilmirlər. Amma dünya bazarında tütünün Virciniya sortunun qiyməti kiloqramına görə 10 dollara qədər qalxır. Bu gün biz yüksək keyfiyyətli tütün istehsal edə bilmirik. Bunun üçün ilk növbədə toxumçuluqdan başlayaraq tütünün əkilməsi, becərilməsi, yığılması, emalı prosesində standartlar hazırlanmalıdır. Dünyanın ən yüksək standartlarına cavab verməlidir. O halda tütünü 5-7 dollara satacağıq. Fermerdən tütünü 50-60 qəpiyə alanda, o, məmnuniyyətlə tütün əkməyə meylli olacaq”.

Tütünümüzü hansı ölkələr alır?

R.Şərifovun sözlərinə görə, standartları dövlət hansısa quruma sifariş verməlidir: “Bu standartlarla toxum istehsal etməliyik. Azərbaycanın ərazisi, torpağı, təbiəti nəzərə alınaraq toxumlar yetişdirilməli, rayonlaşdırılmalıdır. Bu da uzun prosesdir. Kənd Təsərrüfatı Nazirliyi çalışır, vaxtaşırı görüşlər, müzakirələr, tədqiqatlar keçirilir. Amma bir nazirlik yox, digər dövlət qurumları ilə birlikdə bu işə diqqətlə yanaşılmalıdır”.

Müsahibimiz qeyd edir ki, bizdə tütünçülük sahəsində zavodlar var, lakin yalnız xarici xammalı qablaşdırmaqla məşğuldur: “Tütünçülük çox gəlirli sahədir. Dediklərimizi etsək, 100 milyonlarla dollar gəlir götürərik. Siqaretin tərkibindəki tütün bir neçə növdən ibarətdir. Xarici şirkət heç vaxt icazə verməz ki, özbaşına siqaretin tərkibinə keyfiyyətsiz tütün vurulsun. Xaricdə müəyyən edilir ki, hansı tütündən istifadə olunmalıdır. Hazır şəkildə bizim müəssisələrə göndərilir. Biz ancaq qablaşdırırıq. Bizim tütünü ancaq Rusiya, Belarus, Ukrayna müəssisələri alırlar. Onu da yəqin ki, daxili bazara hesablanmış aşağı keyfiyyətli siqaretlərdə istifadə edirlər. Bu gün Avropa ölkələri tütün əkməkdən imtina edirlər. Yəni, bazar boşalır. Bu boşluğu tuta bilərik. 60 min tondan çox tütün istehsal edib, dünya bazarına da daxil ola bilərik”.

"Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin