BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
39589

Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. Dekabrın 27-də Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlər və təsərrüfatların bir hissəsinə sığorta ödənişləri təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildirilib ki, tədbirdə iştirak edən fermerlərə, ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Nəticədə qeyri-sabit hava şəraiti - dolu, sel, subasma, leysan, fırtına, şaxtavurma nəticəsində təsərrüfatları ziyan görən fermerlər itirdikləri vəsaitləri dövlət dəstəkli sığorta sayəsində ödəniş şəklində əldə ediblər.

Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə verilib.

Biləsuvar rayonunda təşkil edilən tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır.

Qeyd olunub ki, sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər.

Tədbirdə iştirak edən Cəlilabadlı fermer Gülməmməd Ağaşov bildirib ki, 30 hektarlıq arpa və buğda sahəsini sığorta etmək üçün cəmi 221 manat, yəni hər hektar əkinə görə cəmi 7 manat sığorta haqqı ödəyib. Sahədə baş verən zərərə görə isə Aqrar Sığorta Fondu ona 13 min manatdan artıq ödəniş edib.

Sığorta ödənişi ilə bağlı növbəti tədbir Lerik rayonunun Lələhiran kəndində keçirilib. Burada təsərrüfat sahibi Məhərrəməli Zeynalova məxsus olan 0,6 hektar ərik bağına şaxtavurma nəticəsində dəyən zərər üzrə fermerə 3847 manat ödəniş edilib.

Təsərrüfat sahibinin sözlərinə görə, bağını hər il sığorta etdirir. Sonuncu dəfə 126 manat sığorta haqqı ödəyib, hadisədən dəyən zərərə görə isə 3900 manata yaxın ödəniş alıb.

Tədbirdə Lerik rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Cahani Nüsrətzadə dövlətin aqrar sahəyə daim dəstək verdiyini, aqrar sığortanın da mühüm dəstək növlərindən biri olduğunu bildirib. DAİM-in rəhbəri aqrar sığortanın fermerlər üçün olduqca sərfəli şərtlərlə təqdim edildiyini vurğulayaraq, təsərrüfatları bu imkandan istifadə etməyə çağırıb.

Aqrar sığortadan faydalanan təsərrüfat sahibləri digər fermerləri də sığortadan istifadə etməyə çağırıblar.

Aqrar Sığorta Fondu bu il ərzində əkin sahələri, bitkiçilik və heyvandarlıq üzrə indiyədək təxminən 4 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.

Fermerlər təsərrüfatlarını sığortalamaq üçün 1651 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) öyrənmək olar. Fermerlər «Sığorta kalkulyatoru» (//asf.gov.az/bitkicilik-sigortasi-kalkulyatoru) vasitəsilə öz təsərrüfatlarının sığorta haqqını və sığorta təminatını asanlıqla hesablaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin